
Bakı. Trend:
Ağdam rayonunun Quzanlı qəsəbəsində “Daş evlər” adlanan ərazidə
fərdi yaşayış evlərinin əsaslı təmirinə başlanılır.
Trend-in
məlumatına görə, Ağdam Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı
müvafiq işlərə yekun vurub.
RİH sözügedən işlərin icrasını “FEB-222 TİXS” Məhdud
Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə
bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 170 003 manat ödənilib.
İşlərin həvalə olunduğu “FEB-222 TİXS” MMC 2017-ci ildə dövlət
qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin
qanuni təmsilçisi Bağırov Fərhad Elmidar oğludur.

