
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən
Naxçıvan Muxtar Respublikası üzrə avqust ayı üçün sosial müavinət,
təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım ödənişləri
başa çatdırılıb.
Trend
xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, vətəndaşlar vəsaitlərini plastik kartlar
vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə
bilərlər.