
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) oyununda ilk hissə başa çatıb.
Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi fasiləyə üstün yollanıb – 2:1.
Görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.
***
21:29
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) oyununda üçüncü qol vurulub.
Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb – 2:1.
45-ci dəqiqədə Abdullah Zubir diqqət mərkəzinə düşüb.
***
21:10
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) oyununda hesab bərabərləşib.
Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi “status-kvo”nu bərpa edib – 1:1.
25-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.
***
20:57
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) oyununda hesab açılıb.
Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar hesabda irəli çıxıblar.
14-cü dəqiqədə Lenni Josef fərqlənib.
***
20:45
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) matçı start götürüb.
Metbuat.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.