
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış
binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil
olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli
Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.