Prezident: Minsk qrupunun ləğv edilməsi ilə bağlı birgə müraciət sülh prosesində atılan mühüm addımdır

Baş səhifə

Vaşinqtonda əldə olunan nəticələr tarixi əhəmiyyət kəsb edir.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbulu zamanı deyib.

Dövlət başçısı bu prosesdə Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Vaşinqton bəyannaməsi, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistanın birgə müraciəti sülh prosesində atılan mühüm addımlardır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir