“Qalatasaray” Sinqonu 30 milyon avroya transfer etdiyini açıqlayıb

Baş səhifə

“Qalatasaray” heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda “Monako”da çıxış edən Vilfred Sinqonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, “cimbom” bu keçid üçün qarşı tərəfə 30,7 milyon avro ödəyəcək.

24 yaşlı oyunçu ilə beş illik müqavilə imalanıb.

Qeyd edək ki, Vilfred Sinqo “Monako”ya 2023-cü ildə “Torino”dan 10 milyon avroya transfer edilmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir