
Bakı. Trend:
Cari ilin yanvar-iyul aylarında “AzerGold”un ixrac gəlirləri
125,1 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın avqust sayına
istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
70 milyon ABŞ dolları və ya 2,3 dəfə çoxdur.
Belə ki, 2024-cü il yanvar-iyul aylarında “AzerGold”un ixrac
gəlirləri 55,1 milyon ABŞ dolları idi.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında
iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.
Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:
“SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC,
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,”SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika
Xidməti, “İstisu” mineral su zavodu Məhdud Məsuliyyətli
Cəmiyyəti.