
Bakı. Trend:
Bu ilin iyul ayı ərzində Azərbaycanda Real Vaxt Rejimində
Hesablaşmalar Sistemində (AZIPS) aparılan tranzaksiyaların həcmi
76,4 milyard manatı, sayı isə 218,5 min ədədi ötüb.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni ayının göstəricilərinə
nisbətdə aparılan əməliyyatların həcmində 22,3 milyard manat və ya
41,2%, sayında isə 4,4 min vahid və ya 2% artım qeydə alınıb.
2024-cü ilin iyul ayında ölkədə AZIPS vasitəsilə aparılan
əməliyyatların həcmi 54,1 milyard manatı, sayı isə 214,1 min ədədi
ötmüşdü.