Birinci Qarabağ müharibəsi şəhidinin qalıqları Qaxda torpağa tapşırılıb

Baş səhifə

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Kərimov
Natiq Zeynal oğlunun meyitinin qalıqları avqustun 29-da Qax
rayonunda torpağa tapşırılıb.

Trend xəbər
verir ki, şəhid Natiq Kərimovun nəşi doğulduğu Oncallı kəndinə
gətirilib, vida mərasimi keçirilib, cənazə namazı qılınaraq
şəhidlərimizin ruhuna dualar oxunub.

Kənd qəbiristanlığında keçirilən dəfn mərasimində şəhidin ailə
üzvləri, yaxınları, rayon icra hakimiyyətinin, hüquq-mühafizə
orqanlarının rəhbərləri və əməkdaşları, qazilər, şəhid ailələri,
döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.




Şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb. Tabuta
bükülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin qardaşına
verilib.

Qeyd edək ki, Kərimov Natiq Zeynal oğlu 1971-ci il avqustun 3-də
Qax rayonunun Oncallı kəndində anadan olub. O, 1993-cü il aprelin
2-də Füzuli rayonunun Qacar kəndi istiqamətində gedən döyüşlərdə
itkin düşmüş sayılırdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir