Ermənistanda XİN əməkdaşı casusluq ittihamı ilə həbs edildi

Baş səhifə

Ermənistanın İstintaq Komitəsi Xarici İşlər Nazirliyinin əməkdaşının casusluq və dövlətə xəyanətdə ittiham olunaraq həbs edilməsi barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, həbs edilən məmur yüksək vəzifəli şəxs deyil.

“Xarici dövlətin xeyrinə casusluq və dövlətə xəyanət maddələri ilə cinayət işi açılıb. Cinayətdə digər şəxslərin, o cümlədən nazirliyin digər əməkdaşlarının iştirakı ilə bağlı məlumat yoxdur”, – qurumun məlumatında deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir