
Bakı. Trend:
ABŞ Dövlət Departamenti BMT Baş Assambleyasının növbəti
sessiyası ərəfəsində Fələstin Azadlıq Təşkilatının (FAT) üzvlərinə
və Fələstin Milli Administrasiyasının (FMA) rəsmilərinə viza
verilməsindən imtina edib.
Trend-in
məıumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat
xidməti bildirib.
“ABŞ qanunvericiliyinə uyğun olaraq, dövlət katibi Marko Rubio
BMT Baş Assambleyası ərəfəsində Fələstin Azadlıq Təşkilatı və
Fələstin Milli Administrasiyasının üzvlərinə vizaların verilməsini
rədd edir və mövcud vizalarını ləğv edir”, – deyə qeyd olunub.
Təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik
brifinqdə bildirib ki, BMT ABŞ Dövlət Departamenti ilə Fələstin
Azadlıq Təşkilatı üzvlərinə və FMArəsmilərinə vizaların verilməsi
məsələsini müzakirə etmək niyyətindədir.