Neftin qiyməti rekord həddə çatdı

İqtisadiyyat

Dünya bazarlarında neftin qiyməti rekord həddə çatıb.

“Brent” markalı neftin qiyməti bir barel üçün 130 dollar həddini keçərək 2012-ci ildəki 128 dollar göstəricisini ötüb. Belə ki, Bakı vaxtı ilə 03:06-da “Brent” markalı neftin qiyməti təxminən 130,3 dollara çatıb. Maksimal qiymət 130,89 dollar olub.

Ümumilikdə isə “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 9,35% artaraq 129,06 dollar/barelə bərabər olub. WTI (“Qərbi Texas”) markalı neftin aprel fyuçersləri isə 9,68% artaraq 126,12 dollar təşkil edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir