
Bakı. Trend:
Ağcabədidə təsərrüfatda baş verən yanğın zamanı bir nəfər
müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, 8 baş iribuynuzlu heyvan
tələf olub.
Trend-in Qarabağ
bürosu xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş
verib.
Kənd sakini Həziyev Müzəffər Ənvər oğluna məxsus təsərrüfatda
baş verən yanğın zamanı yanğınsöndürənlər hadisə yerinə gələnədək
1958-ci il təvəllüdlü Məmmədova Kifayət Əlif qızı yanğınla mübarizə
apararkən xəsarət alıb və Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına
çatdırılıb.
Tövlənin çardağında yığılı 16 ton ot kipinin 8 tonu və tövlədəki
8 baş iribuynuzlu heyvan yanaraq tələf olub. Fövqəladə Hallar
Nazirliyinin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları
yanğına vaxtında müdaxilə edərək digər heyvanların tələf olmasının
və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını
alıblar.
Faktla bağlı araşdırma aparılır.