Fransa XİN başçısı: “Ukrayna qalib gələcək”

Siyasət

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyinə inandığını bildirib.

“Hesab edirəm ki, Ukrayna qələbə qazanacaq. Artıq on gündür ki, ən diqqətçəkən məsələ ölkənin hətta ekspertlərin belə təsəvvür edə bilmədiyi miqyasda müqavimət göstərməsidir”, – deyə Le Drian bildirib.

Nazir qeyd edib ki, müharibənin əvəzi Rusiya üçün dözülməz olacaq.

Le Drian həmçinin Qərbin Rusiyaya sanksiyalarının uzunmüddətli perspektivdə onu gələcək təcavüzdən çəkindirəcəyinə əmin olduğunu qeyd edib.

Mənbə: Unian.net

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir