
Tiencin. Trend:
Azərbaycan ilə Ermənistan arasında artıq sülh bərqərar oldu.
Trend xəbər verir
ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində
Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü zamanı
deyib.
Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında
normallaşma və sülh gündəliyi üzrə danışıqların ikitərəfli əsasda
aparıldığını dedi, artıq iki ölkə arasında sülhün bərqərar olduğunu
vurğuladı.