
Bakı. Trend:
İctimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin
artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə ictimai nəqliyyatda
gediş haqqının artırılacağına dair iddialar paylaşılırdı.