Xaçmazın Uzunoba kəndində şəhid Ehtiram Heydərovun ailəsi ziyarət olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Uzunoba
kəndində şəhid Ehtiram Heydərovun ailəsini ziyarət edib.

Elnur Rzayev şəhid ailəsi ilə həmsöhbət olub, qayğıları ilə
maraqlanıb. Bu günlərdə ailə həyatı quran şəhidin qardaşı Nicat
Heydərovu təbrik edib, xoş arzularını çatdırıb. Görüş zamanı
ölkəmizdə şəhid ailələrinə göstərilən dövlət dəstəyindən, diqqət və
qayğıdan danışıblar.

Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.




Qeyd edək ki, Heydərov Ehtiram Şahin oğlu 04.10.2020-ci ildə
Tərtər rayonu Suqovuşan kəndi istiqamətində gedən döyüşlər zamanı
şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən
ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına
görə” medalları ilə təltif edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir