Nüfuzlu Bloomberg agentliyi bildirir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü dünyada ciddi ərzaq çatışmazlığı problemi yaradacaq.
Agentlik bunu onunla əsaslanmdırıb ki, hər iki ölkə – Rusiya və Ukrayna dünyanın əsas taxıl ixracatçısındandır.
Bloomberg-in məlumatında bildirilib ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində dünyada buğda, qarğıdalı və düyünün qiyməti təxminən 22% artacaq, bu da 45 milyonadək insanın aclığa məruz qalmasına səbəb olacaq.
Qeyd edilir ki. hazırda insanların enerji tələbatının 40% də buğdanın, qarğıdalının və düyünün hesabına ödənilir.