
Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində yanğın olub.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmət məlumat yayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb və bitişik digər evlərə keçməsinə imkan verilmədən tam söndürülüb.