İlaxır çərşənbədə ocaqdan tullanarkən yanıq xəsarətləri alanlar olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, martın 15-də çərşənbə tonqalının üzərindən tullanan zaman yanıq xəsarətləri alan 3 nəfər müraciət edib.
Onlar müxtəlif yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdiriliblər.