
Bakı. Trend:
İranda yol qəzalarında ildə 20 min nəfərin ölüm faktı qeydə
alınır.
Trend-in məlumatına görə, bunu İranın səhiyyə naziri Məhəmməd
Rza Zəfərqəndi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, yol qəzalarında ölənlərin əksəriyyətini
gənclər təşkil edir. Cəmiyyətin gəncləşdirilməsinin əsas
prirotetlərindən biri yol qəzalarının azaldılmasıdır.
Zəfərqəndi bildirib ki, təbii ki, yol qəzalarının azaldılması
məsələsində İranın Yol və Şəhərsalma Nazirliyi, Plan və Büdcə
Təşkilatı və Daxili İşlər Nazirliyi köməklik göstərməlidir.

