Litva genişmiqyaslı hərbi təlimlərə başlayıb

Baş səhifə

Litva ordusu 17,000 hərbçinin iştirak etdiyi və iki ay davam edəcək “Thunder Strike” (İldırım Zərbəsi) adlı hərbi təlimlərə başladıb.

APA xəbər verir ki, bu barədə Litva mediası xəbər yayıb.

Litva ictimai kanalı LRT-nin məlumatına görə, bu təlimlər ölkə boyunca bir neçə kiçikmiqyaslı hərbi təlimləri birləşdirəcək. Təlimlər həm hərbi təlim zonalarında, həm də mülki ərazilərdə keçiriləcək.

Məlumatda bildirilir ki, Litvanın hərbi təlimləri Rusiya və Belarusun 12–16 sentyabr tarixlərində keçirəcəyi “Zapad-2025” (Qərb-2025) strateji hərbi təlimlərinə hazırlıqla eyni vaxta düşüb.

Litva Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Raymundas Vaiksnoras bildirib ki, “Məqsədimiz hərbi hazırlığı ölkənin müdafiə planına uyğun olaraq bütün bölmələrin döyüş qabiliyyətini təmin etməyə yönəltməkdir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir