
Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycanda sürətli pul köçürmə
sistemləri ilə banklara 304,2 min ədəd əməliyyat üzrə 186,1 milyon
manat vəsait daxil olub.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə
edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə aparılmış əməliyyatlar üzrə 6,2 min ədəd və ya 2,1%,
vəsait həcmi üzrə isə 21 milyon manat və ya 12,7% çoxdur.
Hesabat dövrü ərzində bir ödənişin məbləği 611,6 manat təşkil
edib ki, bu da 2024-cü ilin avqustun 1-nə olan göstəriciyə nisbətən
57,6 manat və ya 10,4% çoxdur.
Eyni zamanda, cari ilin avqustun 1-nə Azərbaycanda sürətli pul
köçürmə sistemlər ilə banklardan kənara 89,4 min ədəd əməliyyat
üzrə 40,8 milyon manat vəsait köçürülüb. Bu isə 2024-cü ilin eyni
dövrü ilə müqayisədə aparılmış əməliyyatlar üzrə 6,9 min ədəd və ya
7,2%, vəsait həcmi üzrə isə 2,9 milyon manat və ya 6,6% azdır.
Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banklardan
kənara köçürmələr üzrə bir ödənişin məbləği 456,1 manata bərabər
olub ki, bu da 2024-cü ilin avqustun 1-nə olan göstəriciyə nisbətən
2 manat və ya 0,4% çoxdur.

