Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası Avropa birinciliyinin hazırlıqlarına start verib.
Oxu.Az xəbər verir ki, komandamız təlim-məşq toplanışını baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Teymur Məmmədovun rəhbərliyi altında Bakı Boks Mərkəzində keçir.
Gündə iki dəfə fiziki, taktiki-texniki hazırlıq olacaq. Boksçularımız toplanışın ilk mərhələsini mayın 18-də başa vuracaqlar. Milli komanda ardınca Özbəkistana yollanacaq. Yığma üzvləri mayın 20-24-də Fərqanə şəhərində təşkil olunacaq beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.
Yığmanın Avropa birinciliyinə kimi daha bir neçə beynəlxalq turnirdə iştirakı planlaşdırılır.
Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatı sentyabrın 23-dən oktyabrın 2-dək İtaliyanın Montesilvano şəhərində olacaq.