Rusiya Hindistana yeni S-400-lər tədarük edir

Baş səhifə

Rusiya Hindistana S-400 hava hücumundan müdafiə sistemlərinin əlavə tədarükü üçün danışıqlar aparır.

Metbuat.az xəbər verir ki, Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq agentliyinin rəhbəri Dmitri Şuqayev belə açıqlama verib. Hindistanın S-400 sistemlərinə malik ölkələr arasında olduğunu ifadə edən Şuqayev bildirib ki, iki ölkənin bu sahədə əməkdaşlığı genişləndirmək imkanı var. O, tərəflərin yeni tədarüklər barədə müzakirələr apardığını bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Hindistan Müdafiə Nazirliyi Rusiya rəsmiləri ilə S-400 tədarükü ilə yanaşı, Su-30 qırıcılarının tədarükü məsələsinin müzakirə edildiyini bildirib. Rusiya 2021-ci ildə Hindistana S-400-lərin ilk partiyasını təhvil vermişdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir