
Bakı. Trend:
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Argentina ilə vizasız rejim
haqqında sazişin imzalanması prosesini dayandırıb.
Trend-in
məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə istinadən
xəbər verib.
Məlumata əsasən, Daxili Təhlükəsizlik Nazirliyi qərarı artıq
sənədi imzalamaq üçün Vaşinqtona gedən Argentina nümayəndə heyətini
təəccübləndirib. Nazirlik qeyd edib ki, hazırda lazımi imzalardan
birinin olmaması və ölkə prezidenti Xavyer Meyli ilə bağlı
korrupsiya qalmaqalı səbəbindən müqavilə bağlamaq mümkün deyil.

