Xaricdən nə qədər zinət əşyası gətirə bilərik?

Baş səhifə

Xaricə gedən və ya Azərbaycana gələn vətəndaşların üzərində gətirə və ya aparmağa icazə verilən zinət əşyalarının miqdarı gömrük qaydaları ilə tənzimlənir. Bəs bu limit nə qədərdir?

Dövlət Gömrük Komitəsindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 305 nömrəli Qərarına əsasən, hər təqvim ayı ərzində 18 yaşına çatmış hər bir fiziki şəxs şəxsi istifadə üçün gömrük ərazisinə 20 qram qızıl və ondan hazırlanmış zərgərlik məmulatlarını gömrük ödənişi olmadan gətirə bilər.

Qeyd olunub ki, bu güzəşt Azərbaycan Respublikası Vergi Məcəlləsinin aksiz vergisindən azadolma müddəaları nəzərə alınmaqla tətbiq olunur.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir