
Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Donald Tramp bu
gecə Bakı vaxtı ilə 00:00-da bəyanatla çıxış edəcək. Müraciətin bir
çox yerli televiziya kanalları ilə canlı yayımlanacağı
gözlənilir.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Ağ Ev rəhbərinin hansı mövzuda bəyanat verəcəyi barədə məlumat
verilmir.
Bundan əvvəl Tramp, yaxın zamanda Rusiya prezidenti Vladimir
Putinlə danışıqlar aparacağını bildirmişdi.