Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov Türkiyənin “Bursaspor” klubundakı növbəti oyununda sarı vərəqə almamağa çalışacaq.
Oxu.Az xəbər verir ki, buna səbəb onun sarı vərəqə limitinin astanasında olmasıdır.
Belə ki, Türkiyə I divizionunun XXXVII tur matçında “Bursapor” mayın 14-də “Bandırmaspor”la vacib matça çıxacaq. Həmin matçda onunla bərabər sarı vərəqə limitinin astanasında daha altı futbolçu var. Bunlar Burak Altıparmak, Kubilay Sönməz, Tuğbəy Akgün, Nikolas Salasar, Juau Pedru və Ənvər Cenk Şahindir.
Həmin futbolçulardan hər hansı biri şənbə günü keçiriləcək qarşılaşmada sarı vərəqə alarsa, çempionatın son turunda “Qəbələ” Akademiyasının sabiq məşqçisi Rəcəp Yazıcının çalışdırdığı “Menemenspor”la oyunu buraxmalı olacaq.
Qeyd edək ki, Namiq Ələsgərov cari mövsüm sabiq Türkiyə çempionu “Bursaspor”un heyətində 31 matça çıxıb, 6 qol vurub və 4 dəfə sarı vərəqə alıb.
Səbuhi Musa
www.RIA24.az