
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən
vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və
şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq
tədbirlər görülür.
Baş Prokurorluqdan Trend-ə bildirilib ki, sentyabrın 5-də Baş prokuror
Kamran Əliyev Bakı şəhəri Yasamal rayon prokurorluğunun inzibati
binasında Yasamal rayonu və digər bölgələrdən olan vətəndaşları
qəbul edib.
Qəbulda iştirak edən 47 nəfər vətəndaşın müraciətində konkret
cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə
məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və
məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının
müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya
aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər
verilib.