Qarabağ atları kraliça II Elizabet üçün şou göstərəcək – FOTO/VİDEO

Mədəniyyət

Qarabağ atları kraliça II Elizabetin taxta çıxmasının 70-ci ildönümünə həsr olunan “Royal Windsor Horse Show” təd­birində iştirak edəcəklər.

Bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiya­sı məlumat yayıb.

Böyük Britaniyanın Vindzor qəsrində Birləşmiş Krallığın Kraliçası II Elizabetin şəxsən iştirakı ilə keçirilən bu şouya 2012-ci ildən etibarən Azərbaycan təmsilçiləri də qatılır.

Bildirilib ki, bu ilki təd­birdə təmsilçilərimiz tərəfindən “Odlar Yurdu” adlı xüsusi proqram təqdim olunacaq.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiya­sının təşkilat­çı­lığı ilə ərsəyə gələn, 70 nəfərlik heyətin cəlb olunduğu, Azərbaycanın əmək­dar artisti Nicat Kazımovun quruluş verdiyi proqramda Dövlət Sərhəd Xidmətinin 15 sü­varisi tərə­findən Qarabağ atları üzərində möhtəşəm igidlik hərəkətləri nü­ma­yiş etdiriləcək, Azərbaycan Respublikasının Əməkdar ar­tis­ti, xoreoqraf Fərid İbrahimovun rəhbərliyi ilə “Sərhədçi” ansam­blı tərəfindən milli musiqimizin sədaları altında möhtəşəm rəqs kompozisiyası sərgilənəcək.

12-15 may tarixlərində təşkil olunacaq şouda Azər­bay­can nümayəndələrinin ümumilikdə dörd çıxışı nəzərdə tutulub.

Tədbirin bədii hissəsində Azərbaycanla yanaşı Oman, Bəhreyn, İsveçrə, Fransa, Norveç və Hindistan kimi dövlətlərin nümayəndələrinin iştirakı da nəzərdə tutulur.

Ənənəvi olaraq böyük tamaşaçı marağına səbəb olan Kral Atçılıq tədbirləri Britaniyanın və aparıcı dünya dövlətlərinin TV və mediaları tərəfindən geniş işıqlandırılacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir