Sabah maqnit qasırğası olacaq

Baş səhifə

Bakı. Trend:

Sabah Yerdə zəif maqnit qasırğası olacaq.

Trend xəbər verir
ki, bu barədə Rusiyanın “Fobos” hava xidmətinin aparıcı mütəxəsisi
Mixail Leus öz “Telegram” kanalında yazıb.

“Cümə axşamı, sentyabrın 4-də, Moskva vaxtı ilə təxminən
22:15-də (Bakı vaxtı ilə 23:15) günəş diskinin mərkəzi yaxınlığında
protuberans tullantısı baş verib, bunun nəticəsində bazar günü,
sentyabrın 7-də Yerin geomaqnit sahəsinə təsir edə biləcək çox zəif
koronal kütlə buraxılışı olub”, – deyə alim yazıb.




Sinoptikin sözlərinə görə, bu tullantı “planetə təsir etmək üçün
əlverişli mövqedə yerləşən koronal dəlikdən çıxacaq sürətli günəş
küləyi axını ilə üst-üstə düşə bilər”.

Bildirilir ki, bunun nəticəsində həftəsonu geomaqnit sahəsində
pozuntular gözlənilir və bu, bəzən G1 sinfinə aid zəif maqnit
qasırğaları səviyyəsinə çata bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir