Avstraliya çimərliyində köpəkbalığı bir nəfəri parçalayıb

Baş səhifə

Bakı. Trend:

Avstraliyanın Sidney şəhəri yaxınlığında yerləşən çimərlikdə
köpəkbalığı 50 yaşlarında olan bir kişini parçalayıb.

Trend xəbər verir
ki, bu barədə “The Independent” yazır.




İnsident barədə məlumat daxil olduqdan sonra Lonq Rif
çimərliyinə təcili tibbi yardım dəstələri göndərilib . Sörfinqlə
məşğul olan zaman dəniz yırtıcısının hücumuna məruz qalmış kişi
sudan ağır yaralı vəziyyətdə çıxarılsa da, çox keçmədən sahildə
canını tapşırıb.

Hadisə ilə əlaqədar çimərlik bağlanıb, köpəkbalığının yerinin
müəyyənləşdirilməsi üçün dronlarla axtarışa başlanılıb.