Ağ Ev Pentaqonun adını Müharibə Nazirliyinə dəyişmək istəyir

Baş səhifə

Bakı. Trend:

Ağ Ev ABŞ Konqresində Pentaqonun Müharibə Nazirliyi
adlandırılması məsələsinə dair səsvermə prosedurundan yayınmaq
istəyir.

Trend xəbər verir
ki, bu haqda “Politico” nəşri öz mənbələrinə istinadən yazır.

“Adın rəsmi olaraq dəyişdirilməsi üçün, çox güman ki, konqresin
icazəsi tələb olunacaq. Gedən müzakirələrlə tanış olan şəxs
bildirib ki, Ağ Ev konqresdə səsvermədən yan keçməyin yollarını
axtarır”, – deyə nəşrin yazısında qeyd olunur.




Bundan əvvəl Tramp Amerika Birləşmiş Ştatlarının Müdafiə
Nazirliyinin (Pentaqon) adının “Müharibə Nazirliyinə”
dəyişdirilməsi haqda sərəncam imzaladığını bildirmişdi.

Onun sözlərinə əsasən, “Müdafiə Nazirliyi” adı həddən ziyadə
liberal səslənir, dünyadakı prosesləri nəzərə alaraq “Müharibə
Nazirliyi” daha yerinə düşür.

Bu arada, Pentaqon rəhbəri Pit Heqset isə belə bir maraqlı fikir
səsləndirib ki, ABŞ-də 1947-ci ildə Müharibə Nazirliyinin adının
Müdafiə Nazirliyinə dəyişdirilməsindən sonra Amerika bir müharibədə
belə qalib gələ bilməyib.