
Bakı. Trend:
Londonda, Parlament Meydanında “Palestine Action” təşkilatının
qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada gərgin anlar
yaşanıb.
Trend xəbər verir
ki, Reuters-in məlumatına görə, nümayiş zamanı zorakılıq halları
qeydə alınıb və onlarla iştirakçı saxlanılıb. Şahidlərin sözlərinə
görə, polis dəyənəklərdən istifadə edib və saxlanılanlardan biri
qan içində qalıb. Təşkilatçılar aksiyada təxminən 1500 nəfər
iştirak etdiyini bildiriblər.
Metropolitan Polisi açıqlayıb ki, hüquq-mühafizə əməkdaşları həm
fiziki, həm də şifahi hücuma məruz qalıb. Əməliyyata London şəhər
polisi də cəlb olunub, bölgədə isə 8 polis avtomobili
saxlanılanları aparmaq üçün hazır vəziyyətdə gözləyib.

