Yunanıstanda meşə yanğınları genişlənir: 50 min hektar ərazi məhv olub

Baş səhifə

Bakı. Trend:

Yunanıstanın müvafiq dövlət qurumları ölkədə meşə yanğınlarının
miqyasının artmaqda olduğunu açıqlayıb.

Trend xəbər verir
ki, rəsmi məlumatlara görə, ilin əvvəlindən bəri ölkədə 7 minə
yaxın yanğın hadisəsi qeydə alınıb. Yanğınlar nəticəsində təxminən
50 min hektar meşə və kənd təsərrüfatı sahəsi məhv olub.

Mütəxəssislər bildirirlər ki, hadisələrin 80 faizi insan amili
ilə bağlıdır. Son günlərdə keçirilən xüsusi əməliyyatlarda qəsdən
yanğın törədən şəxslər saxlanılıb.




Daxili işlər naziri Yanis Kefaloyannis qeyd edib ki, ölkədə
yanğın təhlükəsi mövsümü oktyabrın sonuna qədər davam edəcək.

Rəsmi Afina yanğınların qarşısının alınması, fövqəladə
tədbirlərin gücləndirilməsi və əhalinin daha diqqətli davranması
üçün əlavə çağırışlar edib.