
Bakı. Trend:
Ümumdünya Poçt İttifaqı (UPU) məlumat yayıb ki, ABŞ-nin aşağı
dəyərli mallar üçün rüsum ödənişindən azadolmanı ləğv etməsindən
sonra 88 poçt operatoru ölkəyə göndərişlərin bir hissəsini və ya
hamısını dayandırıb.
Trend xəbər verir
ki, nəticədə, avqustun 29-dan etibarən ABŞ-yə poçt trafikində 81%
azalma qeydə alınıb.

