Gəncədə söküntü zamanı tikili uçub, bir nəfərin meyiti çıxarılıb – FHN

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1
nəfərin qalması barədə məlumat daxil olub.

Bu barədə Trend
nazirliyin mətbuat xıdmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional
Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.




Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
edilib ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin
uçması nəticəsində orada çalışan vətəndaş dağıntının altında
qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində dağıntının altında qalmış
1985-ci il təvəllüdlü Taleh İdris oğlu Kərimovun meyiti çıxarılaraq
aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.