Çin-ABŞ ticarət dövriyyəsi 14,4% azalıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət
həcmi illik müqayisədə 14,4% azalaraq 380,06 milyard dollar təşkil
edib.

Trend xəbər verir
ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat
yayıb.




Statistikaya əsasən, hesabat dövründə Çindən ABŞ-yə ixrac 15,5%
azalaraq 282,95 milyard dollara, ABŞ-dən Çinə idxal isə 11%
azalaraq 97,11 milyard dollara düşüb.

Bunun nəticəsində, Çin ABŞ ilə ticarətdə müsbət saldosunu ötən
ilin eyni dövrü ilə müqayisədə 17,2% azaldaraq 185,84 milyard
dollar həcmində formalaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir