
Bakı. Trend:
Azərbaycanda bu ilin 8 ayında yaşayış və qeyri-yaşayış
sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu
vətəndaşlara qaytarılıb.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, Azərbaycan Respublikası ərazisində bina tikintisi
ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və
qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin
(ƏDV) bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması
ilə bağlı layihə uğurla davam etdirilir.
Qeyd edilib ki, 2025-cü ilin yanvar–avqust aylarında yaşayış və
qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil
banklar tərəfindən qaytarılan həcmi 20 milyon 176,6 min manat
təşkil edib.

