“İki dövlət” həlli israillilər və fələstinlilər arasında ədalətli sülh üçün etibarlı əsas olaraq qalır – Elçin Əmirbəyov

Baş səhifə

Bakı. Trend:

7 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin
Əmirbəyov “I24 News” televiziya kanalının fransız redaksiyasına
müsahibə verib.

Trend-in
məlumatına görə, o, jurnalist Kristian Maların Azərbaycan və
Ermənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşünün
Cənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalq
müstəvidə oynadığı vasitəçi rolu, habelə bəzi beynəlxalq məsələlərə
dair suallarını cavablandırıb.

E.Əmirbəyov bildirib ki, “İki dövlət” həlli bir çox beynəlxalq
aktorlar kimi bizim də gözümüzdə israillilər və fələstinlilər
arasında ədalətli sülh üçün etibarlı və dayanıqlı əsas olaraq
qalır:

“Qəzzada davam edən münaqişə bu həlli daha uzaq və kövrək edir,
lakin onun aktuallığını aradan qaldırmır. Əksinə, bu faciə bizə
beynəlxalq hüquqa, hər kəsin təhlükəsizliyi və ləyaqətinə əsaslanan
danışıqlar yolu ilə siyasi həllin təcililiyini xatırladır.
Beynəlxalq ictimaiyyətin rolu bu istiqamətdə istənilən inandırıcı
təşəbbüsü fəal şəkildə dəstəkləməkdən ibarətdir”, – deyə o qeyd
edib.

Müsahibə ilə bu keçiddən ətraflı tanış olmaq mümkündür.