Tokayev Baş Assambleyada BMT-də islahatların aparılması təklifi ilə çıxış edəcək

Baş səhifə

Bakı. Trend:

Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev BMT Baş
Assambleyasının sessiyasında təşkilatda islahatların aparılması
təklifi ilə çıxış etmək niyyətindədir.

Trend xəbər verir
ki, bu barədə onun ölkə parlamentində verdiyi bəyanatda
deyilir.

“Qısa zamanda Baş Assambleyanın Nyu-Yorkdakı yubiley
sessiyasında çıxış etməyi planlaşdırıram. Orada beynəlxalq
vəziyyətə Qazaxıstandan olan baxışı təqdim edəcək, o cümlədən,
BMT-də islahatların aparılması təklifi ilə çıxış edəcəyəm”, – deyə
Tokayev bildirib.




Şanxay Əməkdaşlıq Təşkilatının sammitində təşkilata üzv
dövlətlər Birləşmiş Millətlər Təşkilatının müasir siyasi və
iqtisadi reallıqlara uyğunlaşdırılması üçün onda islahatların
aparılmasının vacibliyinin vurğulandığı birgə bəyannamə
imzalayıblar.

Sammit zamanı Tokayev bildirib ki, BMT-nin islahatlardan imtina
etməsi dövlətlərin bu beynəlxalq təşkilata olan etimadını sarsıda
bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir