Rusiyalı mütəxəssis beynəlxalq federasiyaya prezident seçildi

İdman

Beynəlxalq Boks Assosiasiyasında (IBA) yeni prezident seçkisi keçirilib.

Oxu.Az xəbər verir ki, qurumun İstanbulda baş tutan Fövqəladə Konqresinin ikinci günündə rusiyalı Umar Kremlyov yenidən IBA prezidenti seçilib.

Həmçinin IBA-nın İdarə Heyəti və komitələri üçün də seçkilər təşkil edilir.

Qeyd edək ki, Umar Kremlyov IBA-ya 2020-ci ilin dekabrından rəhbərlik edir. 40 yaşlı funksioner 2017-2021-ci illərdə Rusiya Boks Federasiyasının baş katibi vəzifəsində çalışıb.

www.RIA24.az

Spread the love