
Bakı. Trend:
Payız-qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar Lənkəran
Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava
xətlərində 9 sentyabr tarixində təmir işləri aparılacaq.
Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Xolmili,
Kənarmeşə, Moğonojoba, Seyidəkəran, Şıxakəran, Şürük, Türkəkəran,
Tütəpeştə, saat 10:00-dan 15:00-dək Darquba, Kərgəlan, Şağlaküçə
kəndləri, saat 14:00-dan 16:00-dək Aşağı Nüvədi, Gərmətük
qəsəbələri və Viyən kəndinin bir hissəsində elektrik enerjisinin
verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.