Türkiyə I Liqasında 35-ci turun oyunlarından sonra aşağı liqaya düşəcək klubların adları müəyyənləşib.
Beləliklə, “Menemenspor”, “Kocaelispor” və Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərovun formasını geyindiyi “Bursaspor” I Liqada mübarizəni dayandırıb.
Qeyd edək ki, “Bursaspor” səfərdə son turda səfərdə “Bandırmaspor”un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.
Namiq görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 26 yaşlı hücumçu 63-cü dəqiqədə əvəzlənib.
Mənbə: Haber Global
www.RIA24.az