
Bakı. Trend:
Türkiyənin “Fənərbağça” klubu yeni baş məşqçisinin adını
açıqlayıb.
Trend İstanbul
təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Domeniko
Tedesko ilə 2 illik müqavilə imzalanıb.
İtaliyalı mütəxəssisin köməkçilərindən biri “Fənərbağça”nın
sabiq futbolçusu və kapitanı Gökhan Gönül olacaq.
Qeyd edək ki, 39 yaşlı məşqçinin son iş yeri Belçika millisi
olub. O, daha əvvəl Almaniyanın “Şalke”, “Leypsiq”, Rusiyanın
“Spartak” (Moskva) klublarına da başçılıq edib.