Sumqayıtın bu ərazilərində qaz olmayacaq

Baş səhifə

Bakı. Trend:

Sumqayıtda qaz təchizatında məhdudiyyət olacaq.

Trend xəbər verir
ki, bu barədə “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.




Bildirilib ki, sentyabrın 10-da 18-ci mikrorayon və Yaşıl
Dərənin bir hissəsində 89 millimetrlik ortatəzyiqli qaz xəttində
sızmaların aradan qaldırılması ilə əlaqədar olaraq 1 400 abonentin
qaz verilişi müvəqqəti dayandırılacaq.

İşlər başa çatdıqdan sonra qaz təchizatı tam bərpa olunacaq.