
Bakı. Trend:
Yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə
sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı
tədbirlər keçirilir.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip
infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə
müvəqqəti məhdudiyyət qoyulub.
İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla
yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi
hissələrə gəlməməyi xahiş edirik”, məlumatda deyilir.