“Zirə” – “Neftçi” oyununda insident baş verib

İdman

“Zirə” və “Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.

“Report” xəbər verir ki, görüşün 18-ci dəqiqəsində oyunçular arasında münaqişə yaşanıb.

Top “ağ-qaralar”ın futbolçusu Azər Salahlının əlinə dəydikdən sonra baş hakim Rauf Cabarov cərimə zəribəsi təyin edib. Meydan sahibinin oyunçuları və məşqçilər heyəti Salahlıya ikinci sarı vərəqənin verilməsini tələb ediblər.

Bundan sonra ara qarışıb. Daha sonra referi “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova və qonaqların oyunçusu Yusuf Lavala sarı vərəqə göstərib.

Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb.

www.RIA24.az

Spread the love