
Bakı. Trend:
Dünya üzrə 2100-cü ilə qədər 250 milyon insanın su çatışmazlığı,
quraqlıq səbəbindən köçməsi proqonozlaşdırılır.
Trend xəbər
verir ki, bunu Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun
aparıcı elmi işçisi Rövşən Kərimov Bakıda keçirilən 2-ci Beynəlxalq
Su Təsərrüfatı Sərgi və Konfransında – “Baku Water Week”də (Bakı Su
Həftəsi) çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda da quraq ərazilər kifayət qədər
çoxdur:
“Qısamüddətli quraqlıqlar insanların müəyyən vaxtdan sonra öz
yerlərinə qayıtmasına səbəb ola bilirsə, uzunmüddətli quraqlıqlarda
insanlar əvvəlki yerlərinə qayıtmaq istəmirlər”.
“Məsələn, hazırda ölkə üzrə Quba rayonundan köçlərin artması
halı müşahidə olunur. Orada apardığımız söhbətlər zamanı məlum olub
ki, insanların köçməsimin əsas səbəblərindən biri də həmin
ərazilərdə suyun çatışmazlığıdır”, – deyə R.Kərimov qeyd edib.